Vuçiç: “Qərb Kosovonu silahlandırmaqla Serbiyaya ikiüzlülüyünü göstərir”

“ABŞ-nin tanınmamış Kosovoya 75 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raket kompleksləri satması, həmçinin Xorvatiyadan Kosovo polisi üçün uzunlüləli silahlar tədarük etməsi ikiüzlülüyün nümayişidir”.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

“Məni güldürən, hər gün bizə tanınmamış Kosovonun baş naziri Albin Kurtinin inanılmaz təzyiq altında olduğunu, ona qarşı hansı sanksiyaların tətbiq edildiyini izah etməyə çalışmasıdır. Əslində isə onlar bizim üzümüzə necə güldüklərini və heç bir nəticə vermədən istədiklərini edə bildiklərini bizə ən kobud şəkildə, beynəlxalq ictimai hüquq normalarına və BMT Nizamnaməsinə zidd olaraq qeyri-qanuni, cinayətkar şəkildə nümayiş etdirirlər. Bu, ikiüzlülükdür”, - deyə Serbiya lideri qeyd edib.

Mənbə: TASS

0.087939977645874