Dünya sirli “X” pandemiyasına hazırlaşır - FOTO

Ümumdünya Davos Forumunun gündəliyinə yeni sirli pandemiyanın müzakirəsi daxil edilib.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının naməlum “X xəstəliyinin” koronavirus pandemiyasından 20 dəfə çox ölümə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra baş verib.

Müzakirə yanvarın 17-də baş tutacaq. Bu görüşün iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, Braziliyanın səhiyyə naziri Nisia Trindade Lima, koronavirus əleyhinə peyvənd hazırlayan “AstraZeneca” şirkətinin rəsmiləri və digər səhiyyə ekspertləri olacaq.

Mənbə: Unian

0.077471017837524