Hava şəraiti ilə əlaqədar olaraq üç istiqamətdə avtobus reysləri təxirə salındı - YENİLƏNİB + VİDEO

Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib.

Bu barədə hakimiyyet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, hava şətaitindən asılı olmayaraq Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara fasiləsiz xidmət göstərir.

Paytaxtdan çıxan avtovus reysləri ilə 2 100 sərnişin paytaxtdan regionlara yola salınıb. Yollardakı vəziyyətlə bağlı Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.

Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq Bakı-Naxçıvan avtobus reysləri də təxirə salınıb.

14:36

Hava şəraiti ilə əlaqədar olaraq Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.

Bu barədə hakimiyyet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasında olan hava şəraiti və yolların vəziyyəti səbəbindən 14 və 15 yanvar tarixlərində Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb.

0.074609994888306