Elvin Basqallıdan ailəsi ilə birgə uğradığı qəza barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO

Elvin Basqallı ailəsi ilə birgə uğradığı qəza ilə bağlı açıqlama verib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”, - deyə o qeyd edib.

17:15

Məşhur aparıcı Elvin Basqallı və ailəsinin uğradığı qəzanın detalları məlum olub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev hakimiyyet.az-a bildirib ki, qəza zamanı avtomobildə dörd nəfər olub:

“Qəza zamanı avtomobildə aparıcı Elvin Basqallı, qardaşı Nicat Vahid oğlu Tanrıverdiyev, Elvinin səkkiz yaşlı oğlu Ramal və Elvinin anası olub. Onlar “Hunday SantaFe” markalı, 77-GT-210 dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmirdən Bakı istiqamətində hərəkət ediblər. Yolun buzlaşması səbəbindən, sükan arxasında olan Nicat Tanrıverdiyev idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı beton maneəyə çıpılıb və yoldan çıxıb. Xəsarət alan yoxdur”.

15:44

Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

Manset.az-ın məlumatına görə, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb. 

Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

Əzizə İsmayılova

0.071316957473755