İslandiyada vulkan püskürməsi nəticəsində evlər yanıb - YENİLƏNİB + VİDEO

İslandiyanın Qrindavik şəhərində bazar günü başlayan vulkan püskürməsi nəticəsində lava binalara çatıb, iki ev yanıb.

İslandiya Meteorologiya Xidmətinin zəlzələ üzrə mütəxəssisi Benedikt Halldoursson bildirib ki, qoruyucu maneələr lavanın böyük hissəsini saxlayır.

Qeyd olunur ki, Qrindavik yaxınlığında ikinci yarıq açılıb və oradan lava püskürür.

19:35

İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməyə baş verib.

Məlumata görə, püskürmə zəlzələdən sonra qeydə alınıb.

Avropa ölkəsinin cənub-qərbində yerləşən bölgədə fövqəladə vəziyyət elan edilib. Zəlzələnin episentri İslandiyanın Qrindavik şəhərinin şimalında yerləşir.

Dörd min nəfər əhalisi olan şəhərdə təbii fəlakət bir çox binalara və yollara ziyan vurub. Qrindavik sakinləri hələ noyabr ayında təxliyə edilib.

Mənbə: lenta.ru

0.10080099105835