İsraillə Fələstin münaqişəsi nəticəsində Qəzzada ölənlərin sayı açıqlandı

İsraillə Fələstin arasında münaqişənin kəskinləşməsi nəticəsində oktyabrın 7-dən bəri həlak olan Qəzza zolağının sakinlərinin sayı 23,9 mini keçib, 60,5 mindən çox insan isə yaralanıb.

Bu məlumatı anklavın Səhiyyə Nazirliyi təqdim edib.

Qeyd olunur ki, son 24 saat ərzində ölənlərin sayı 125 nəfər artıb, daha 265 nəfər yaralanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Fələstin anklavında iki milyona yaxın məcburi köçkün ağır şəraitdə yaşamağa məcburdur, onlar aclıqdan və xəstəliklərin yayılmasından əziyyət çəkirlər.

Mənbə: TASS

0.07853889465332