Prezident İlham Əliyev BDU-nun müəllimini ordenlə təltif etdi

Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, professor R.Əskərov 2016-cı ildən Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiridir.

0.074448108673096