Dekabr ayında avtomobillə vurulan Daun sindromlu piyada vəfat edib

Ötən ilin dekabr ayında Zaqatalada vurulan vəfat edib. 

hakimiyyet.az-ın məlumatına görə, 2023-cü ilin dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində vurulan piyada, 1998-ci il təvəllüdlü Daun sindromlu İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onu VAZ-2106 markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov vurub, hadisə yerindən qaçmışdı. 

Daha sonra polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlhamə Əbülfət

0.078679084777832