ABŞ Hərbi Hava Qüvvələri zabiti “Miss Amerika 2024” oldu - FOTO

ABŞ Hərbi Hava Qüvvələrinin leytenantı, Con Kennedi adına Harvard Dövlət İdarəçilik İnstitutunun magistrı Medison Marş Floridada finalı keçirilən “Miss Amerika 2024” müsabiqəsinin qalibi olub.

Məlumata görə, iyirmi iki yaşlı Marş milli səviyyədə bu cür titul alan ilk Hərbi Hava Qüvvələri zabiti olub. Müsabiqədə ABŞ-nin bütün ştatlarından, o cümlədən Kolumbiya dairəsindən 51 namizəd iştirak edib.

Xatırlaldaq ki, 2023-cü ildə “Miss Amerika” müsabiqəsinin qalibi Viskonsin ştatından olan 20 yaşlı Qreys Stanke olub.

Mənbə: TASS

0.21141791343689