Bakının bəzi küçələrində işıqforun iş rejiminə dəyişiklik edilib - YENİLƏNİB + VİDEO

Paytaxtın Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həm də Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qeyd olunan yolayrıcında işıqforun iş rejimində dəyişiklik edilib.

Bununla yolda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı da azaldılıb. Ümumilikdə görülən tədbirlər nəticəsində həmin kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin edilib.

09:22

Paytaxtın Yasamal rayonunda bəzi yollarda hərəkət iflic olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Əsəd Əhmədov küçəsi və onunla kəsişən digər küçələr buz bağladığı üçün maşınlar yolda qalıblar. 

Eyni zamanda, piyadalar da çətinliklə üzləşiblər.

Bildirilib ki, yolun təmizlənməsi üçün aidiyyəti qurumlar tədbir görmürlər.

Həmin görüntüləri təqdim edirik:

 

0.091392993927002