Gəncədə ahıl kişini avtomobil vurub

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Füzuli Kərimovu avtomobil vurub.

Piyada müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan F.Kərimov uzun müddət “Azərbaycan Dəmir Yolları” QSC-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi olub.

Faktla bağlı araşdırma aparılır.

0.08055305480957