Azərbaycanın səfiri etimadnaməsini Yunanıstan prezidentinə təqdim edib

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti Katerina Sakellaropulouya təqdim edib.

Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovu etimadnaməsini Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulouya təqdim etməsi münasibətilə təbrik edir, ona fəaliyyəti dövründə uğurlar əldə etməsini diləyirəm”,- paylaşımda qeyd olunub.

0.096652030944824