Bakıda iki nəfər dəm qazından zəhərlənib

Bakının Xəzər rayonunda dəm qazından zəhərlənmə hadisələri qeydə alınıb.

“Report”un məlumatına görə, Binə qəsəbəsində ayrı-ayrı ünvanlarda yaşayan 2001-ci il təvəllüdlü Yusif Sultan oğlu Vəliyev və 23 yaşlı Əjdər Lətif oğlu Əliyev yaşadığı evdə dəm qazından zəhərləniblər.

Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.080319881439209