İranda kişi yeniyetmə oğlunu transseksual olduğu üçün öldürdü - FOTO

İranda kişi yeniyetmə oğlunu transseksual olduğu üçün öldürüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, dəhşətli hadisə Təbrizdə qeydə alınıb.

Məlumata görə, o, 17 yaşlı övladının qadın kimi geyindiyi və bəzəndiyi üçün, həmçinin öz həmcinsi ilə münasibətdə olması ilə bağlı şübhələrinə görə öldürüb.

Qeyd olunub ki, qətl hadisəsindən sonra ata polisə təslim olub və bildirib ki, utandığından yaxınları və tanışlarının arasına çıxa bilmirmiş.

 

0.1881799697876