İzmirdə biznes mərkəzində yanğın: Çox sayda mağaza yanır - FOTO/VİDEO

Türkiyənin İzmir şəhərinin Konak rayonunda yerləşən Kemeraltı Çarşısında bir iş mərkəzində yanğın baş verib.

Biznes mərkəzinin ikinci mərtəbəsində bijüteriya mağazasının damında naməlum səbəbdən başlayan yanğın ətrafdakı iş yerlərinə də keçib. Yanan mağazaların əsasən kimyəvi maddələrin satışı ilə məşğul olduğu bildirilir. Həmçinin bəzilərində bijüteriya, bəzilərində isə plastik materiallar olub.

Mənbə: Hürriyet 

0.075175046920776