Paşinyan: “Bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”

“Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağ və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bölgədə müharibə olacaq, heç vaxt sülh olmayacaq”. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosunun efirində bəyan edib. 

Baş nazir ölkənin Müstəqillik Bəyannaməsini Azərbaycanla sülhə maneə adlandırıb və Ermənistan Konstitusiyasının dəyişdirilməsini zamanın tələbi olduğunu vurğulayıb.

O, həmçinin Ermənistanın öz təhlükəsizliyini sərbəst şəkildə təmin edə bilməsinin vacibliyindən danışıb. 

“Biz bu mühitdə yaşamağı bacarmalıyıq və mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin etməliyik”, - deyə hökumət başçısı bildirib. 

0.091104030609131