Azərbaycan generalları Anıtqəbri ziyarət ediblər - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin generalları Türkiyə Respublikasının qurucusu, birinci prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni ziyarət ediblər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycan Silahlı Qüvvələrinin generalları Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbri ziyarət ediblər”, - hərbi qurumun paylaşımında qeyd olunub.

 

0.17868089675903