Rusiyanın Moskva vilayətində güclü yanğın baş verib - VİDEO

Rusiyada paytaxt Moskvanın yaxınlığındakı Puşkino şəhərində güclü yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, Sokolovskaya küçəsində yerləşən ət kombinatının ərazisində yerləşən inzibati bina yanıb. Yanğın sahəsi min kvadratmetr təşkil edib.

“Saat 21:59-da açıq alovlanma söndürülüb”, - idarədən bildirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qonşu tikililərə keçməsi təhlükəsi olub. Yanğının söndürülməsinə 56 nəfər və 20 texnika cəlb olunub.

Mənbə: gazeta.ru

0.072612047195435