Aleksandr Rıbak türkiyəli məşhur bloqeri ağlatdı - VİDEO

Hazırda Türkiyədə olan norveçli müğənni Aleksandr Rıbak türkiyəli bloqer, “uzunmakarna” təxəllüsü ilə tanınan Özgür Balakarı ağladıb.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə fenomenin özü xəbər verib.

O, Rıbakla bir neçə video çəkib və sosial şəbəkə hesabından paylaşıb.

“Hər kəs onun “Fairytale” mahnısını tanıyır, amma mənim ən çox sevdiyim “Europe Sky”dır. Balaca olanda internet kafeyə gedib bu mahnını “MP3” pleyerimə endirmişdim. İndi isə mənim üçün canlı ifa etdi və mən özümü saxlaya bilməyib ağladım”, - deyə o bildirib.

Rıbakın pərəstişkarları paylaşılan videoya minlərlə şərh yazıblar.

Qeyd edək ki, “Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan Rıbak yaxın günlərdə Bakıya da gələcək və fevralın 28-29-da Heydər Əliyev Sarayında  təqdim edəcək.

0.096401929855347