Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə keçirilən mitinqdə çıxış edib.
O, ölkə ordusunun həyata keçirməyi planlaşdırdığı yeni antiterror əməliyyatlarının anonsunu verib.
“Terroristana qarşı yeni əməliyyatlar həyata keçirəcəyik. Cənubumuzda qurulması istənən quruluşu məhv edəcəyik”, - deyə dövlət başçısı bəyan edib.
O bildirib ki, Türkiyə də digər ölkələr kimi təkcə bir problemlə deyil, eyni zamanda bir çox problemlə mübarizə aparır.
“Biz Qabarda gündə 35 min barel neft hasil edirik. Bu, 100 min barelə çatacaq”, - Ərdoğan qeyd edib.
Mənbə: Haber Global