Gəncədə ev yandı: Xəsarət alan var

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

hakimiyyet.az-ın məlumatına görə, hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və canlı qüvvəsi cəlb olunublar.

Yanğın söndürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə vaxtı ev sahibi, 79 yaşlı Fazil Kazımov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

0.13684701919556