Ağdaşda dəhşətli qəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB + FOTO/VİDEO

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan hakimiyyet.az-a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Yasin Sədyar oğlu Ağəmmədov və 1991-ci il təvəllüdlü Rəşad Ədalət oğlu Əlizadə, eləcə də orada olan 1982-ci il təvəllüdlü Yaşar Maarif oğlu Qarayev aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

00:36

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.

Nəticədə Rəşad Ədalət oğlu Əliyev, 1980-ci il təvəllüdlü Yasin Səriyər oğlu Ağamədov və Yaşar Maarif oğlu Qarayev dünyasını dəyişib, Teymur Yarəməd oğlu Ağəmədov isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.

16.03.2024 23:42

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan üç yük maşını toqquşub.

İlkin məlumata görə, üç nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

0.073812961578369