Martın 22-də Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.
Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub.
Modern.az-ın məlumatına görə, taksi şirkətlərindən biri bu bayram münasibətilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini hazırlayıb.
Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə “Opel Astra” və “Toyota Prius” yüksəlib. Taksi sürücülərinin ən sevimli avtomobilləri arasında “Mercedes C-class” modeli ilk üçlüyü tamamlayıb. Sürücülərin 10%-i lüks avtomobillərə üstünlük veriblər.
Populyar avtomobillərin tam reytinqi bu cürdür:
“Opel Astra” - 13%;
“Toyota Prius” - 12%;
“Mercedes C-class” - 5%;
“KIA Rio” - 4%;
“Mercedes E-class” - 3%;
“Toyota Corolla” - 3%;
“KIA Ceed” - 2%;
“Chevrolet Cruze” - 2%.