Patrul.az rəhbəri Səməndər Niftəliyev-dən sətiraltı mesaj:“Şəhidlər Xiyabınındakı videogörüntünü kimlər şikayət edir?”

“Bir müddət əvvəl azərbaycanlı iş adamı və müğənni Ruhi Əliyevanın təklifi ilə türkiyəli müğənni Sibel Can Bakıya təşrif buyurmuşdu. Səfər müddətində onlar Azərbaycanın qan yaddaşı olan Şəhidlər Xiyabanını ziyarət etmişdilər.

Biz də Patrul.az olaraq bu gözəl və nümunəvi təşəbbüsü paylaşmışdıq. Ancaq nədənsə həmin paylaşım ardıcıl olaraq müəyyən hesablar tərəfindən şikayət olunaraq silindi.

Əməkdaşlarımız həmin şikayətçilərin kimlər olması üzərində araşdırmalar aparırlar. Həmin hesablar müəyyən olunan kimi izləyicilərə açıqlama veriləcək. Ancaq o tam aşkardır ki, belə bir paylaşımın olmasını istəməyənlər, şikayət edənlər Azərbaycanın düşmənləri, onun Şəhidlərinə, qan yaddaşına birbaşa düşmənçilik edən ermənilər və ya erməni tərəfdarlarından başqaları deyil.

Bu məsələ üzərində araşdırmalarımız davam edir, məsələni diqqətdə saxlayacağıq”.

0.050364971160889