Barselona səmasında gərgin döyüşlər: Qartallar və şahinlər göyərçinlərə qarşı

İspaniyada yerli hakimiyyət orqanları “Barselona”nın Kamp Nou stadionundan göyərçinləri uzaqlaşdırmaq üçün bir neçə şahin və qartal alıblar.

Qeyd olunur ki, Barselonada göyərçinlərlə mübarizə bir neçə ildir ki, davam edir. Onların sayı həddindən artıq çoxdur və quşlar binalara ziyan vururlar.

Səlahiyyətlilər ümid edir ki, bu təşəbbüs göyərçinləri stadiondan parklara doğru qovacaq.

Eksperiment çərçivəsində 3-4 yırtıcı quşdan ibarət qruplar səhər saat səkkizdən axşam dördə qədər Kamp Nou səmasında “patrul xidməti” aparır.

Bildirilir ki, hazırda şəhərdə 85 min göyərçin yaşayır.

Mənbə: iz.ru

0.075736999511719