Kakao dənələrinin birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 10 min dolları ötüb.
Gün ərzində Qitələrarası Birjada (ICE) bir ton kakaonun qiyməti 10 080 dollara çatıb. Bu növ məhsulun qiymət artımı illik müqayisədə 134% olub.
Mütəxəssislər hesab edirlər ki, qiymət dinamikasını dünyanın iki aparıcı istehsalçısı - Kot-d'İvuar və Qanadan kakao yığımında böyük itkilər barədə məlumatlar dəstəkləyir. Bu, şokoladın və bütün qənnadı məmulatları qruplarının qiymətlərinin daha da artmasına səbəb olur.
Qeyd edək ki, Kot-d'İvuar və Qana dünya kakao istehsalının demək olar ki, 60%-ni təşkil edir.
Mənbə: TASS