“Bakı Metropolteni” QSC-nin “Nəsimi” stansiyasının vestibülündə alışma baş verib.
hakimiyyet.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, bu gün “Nəsimi” stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbindən qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Alışmanın qarşısı dərhal alınıb.
Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.
Hadisənin görüntülərini təqdim edirik: