Nigar Camal polisə şikayət etdiyi şəxsi bağışladı - FOTO

Müğənni Nigar Camal adından açılmış saxta hesabla bağlı açıqlama verib.

hakimiyyet.az xəbər verir ki ifaçı bununla bağlı “Instagram” hesabında paylaşım edib.

O, hesab sahibindən şikayət etdiyini, daha sonra həmin şəxsi bağışladığını bildirib.

“Bir müddət öncə adıma açılmış fanat hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm”, - deyə müğənni vurğulayıb.

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs “TikTok”da Nigar Camalın adından fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları şəkilləri ilə şantaj edib, pul tələb edib.

0.05702805519104