Çinarə Məlikzadə “Qalatasaray”ın futbolçusu ilə nişanlanıb?

Müğənni Çinarə Məlikzadənin “Qalatasaray”ın futbolçusu ilə nişanlandığı iddia olunub.

Bu barədə Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanan “Rəngarəng səhər” verilişində danışılıb. 

Belə ki, aparıcı Zaur Nəbioğlu bildirib:

“Redaktorumuz deyir ki, Çinarə “Qalatasaray”ın futbolçusu ilə nişanlanıb. Düzdür?”.

Müğənni isə gülərək “Bu xəbəri sizə kim deyib? Nə təsdiq edirəm, nə inkar. Çünki ürəyim belə istəyir. Açıqlama verməyim qadağandır”, - deyə, vurğulayıb.

0.069008111953735