Bakı sakini küçədə bıçaqlanıb

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1986-ci il təvvəllüdlü Ruslan Tofiq oğlu Abbasov küçədə tanışı ilə dava zamanı bıçaq xəsarətləri alıb.

Yaralı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

0.15093994140625