Anti-Azərbaycan qüvvələrin əlaltılatından yeni mövzu - VİDEO

İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsi adlandırılan bina İsrailin zərbələri nəticəsində yerlə-yeksan olduqdan sonra bu ölkədəki anti-Azərbaycan qüvvələr müxtəlif bəhanələrlə bu prosesdə Azərbaycanın adını hallandırmağa başladılar.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni videosüjetdə qeyd olunub.

Müəllif bildirib ki, İsrailin Bakıdakı səfirliyini raketlə vurmaq kimi avantürist və yersiz təklif dəstək qazanmadıqda, həmin qüvvələr və onların, təəssüf ki, Azərbaycandan olan əlaltıları yeni bir mövzu ortaya atdılar:

“Onlar belə təsəvvür yaratmağa çalışırlar ki, guya az qala bütün dünya ölkələri İsrailin bu addımını pisləyib, bircə Azərbaycandan başqa. Bununla da fərqli bir metodla Azərbaycanı baş verənlərdə bir növ İsrailin şəriki kimi qələmə vermək istəyirlər. Məsələn, elə dünən Azərbaycana qarşı kin püskürməkdən usanmayan iranlı ekspert Əhməd Kazımi yazıb: “İran səfirliyinin konsulluq şöbəsinə İsrail rejiminin terror həmləsinə münasibətdə Bakı diplomatiyasının susqunluğu onunla əlaqədardır ki, yerli hakimiyyət Azərbaycan Respublikasını sionizmin regional bazasına çevirməklə, özünü İranlı kimliyinə və şiəliyə qarşı mübarizə aparmaq və müqavimət oxuna zərbə vurmaq üçün beynəlxalq sionizmin bir parçası halına gətirib”, - deyə müəllif vurğulayıb.

Daha ətraflı videosüjetdə:

2.3499050140381