KİV: “İsrail rəsmiləri İranın İsrailə hücumunu təsdiqləyiblər”

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi.

İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmaya qalxıb, tərəfdaşlarla bağlı vəziyyət qiymətləndirilir.

“Jerusalem Post” nəşri şənbə günü bildirib ki, İran İsrailə doğru onlarla PUA atıb.

Bir qədər əvvəl SAXAL-ın nümayəndəsi Daniel Haqari bildirib ki, ölkə HHQ-nin müdafiə və hücum sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.

0.046988010406494