Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”

“Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim üç il məni heç kimə göstərməyiblər”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov verilişlərin birində deyib.

Sənətçi sosial şəbəkədə paylaşdığı fotolarda övladlarının üzünü gizlətməsinin səbəbini də açıqlayıb:

“Sevmədiyim şeylər var. Allah da buyurub ki, “Mənim sizə nəsib etdiklərim yalnız sizə görədir və sizə aiddir”. Mənə aid olan var-dövləti və ya nəyisə göstərməkdən utanıram. Özüm də bunun əziyyətini çəkmişəm. Mən bunun imtahanını yaşamışam, ona görə də, göstərmək nəyə lazımdır? Evdə də hər hansısa bir çəkiliş etməyi sevmirəm. Bunu göstərəndə nəyi demiş oluram? Onsuz da Allah bunu mənə verib. Sırf mənim şəxsiyyətimə aid olan hansısa bir özəlliklərin ictimailəşdirilməsini istəmirəm”.

0.15607690811157