Bakı metrosunda sərnişin qatar yoluna düşərək xəsarət alıb

Bakı Metropoliteninin “Nərimanov” stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.

Bu barədə hakimiyyet.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub.

Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, “Gənclik-Nərimanov” mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.

Sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin yardım göstərilib, zədə aldığı məlum olub. Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb.

Qatarlararası interval pozuntusuna yol verilməyib.

0.091737031936646