Güclü dolu eyni vaxtda iki ölkəni vurdu - VİDEO

Qəfil başlayan güclü dolu Çinin bir neçə əyalətini vurub.

Yerli hökumət nümayəndələrinin sözlərinə görə, avtomobillərə, həmçinin kənd təsərrüfatı bitkilərinə, xüsusən də Quyçjou əyalətindəki çay plantasiyalarına ciddi ziyan dəyib.

Çinlə yanaşı, Hindistanın Pəncab əyalətinə də güclü dolu düşüb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

 

Mənbə: “Svejesti” “Telegram” kanalı

0.092357873916626