Rusiyada Tobol çayında suyun səviyyəsi tarixi maksimumu keçib - VİDEO

Rusiyanın Kurqan vilayəti yaxınlığındakı Tobol çayında suyun səviyyəsi 1008 santimetrə yüksəlib.

Bu barədə vilayət administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Gün ərzində suyun səviyyəsi 38 santimetr yüksələrək 1994-cü ilin tarixi maksimumunu qırıb.

Maloye Çausovo, Vostoçnı və Voronovka qəsəbələrinin sakinləri təcili təxliyə olunmağa, digərləri isə suyun evlərinə çatmasını gözləməməyə və onları əvvəlcədən tərk etməyə çağırılıblar.

Qeyd edək ki, Kurqan vilayətində daşqın təhlükəsi ilə əlaqədar aprelin 8-dən fövqəladə vəziyyət rejimi qüvvədədir. Regionun qubernatoru Vadim Şumkov yerli sakinləri su basmış ərazilərdə qalmamağa çağırıb.

Mənbə: RBC

0.080719947814941