Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA + VİDEO

Paytaxtın Nərimanov rayonunda  baş vermiş yanğın nəticəsində bir neçə sahibkara ciddi ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, onlardan birinin dedikləri isə sığorta şirkətlərinin satışa çıxarılan tikinti materiallarını sığortalamaqdan imtina etməsi məsələsini yenidən aktuallaşdırdı.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, bazarlarda satışa çıxarılan tikinti materiallarının sığortası əslində mümkündür.

Ekspertin sözlərinə görə, imtina halları müəyyən tələblərlə bağlı ola bilər.

İlkin İbrahimov vurğulayıb ki, yanğın hadisələri zamanı kompensasiya almaq istəyən sahibkarlar bu sahədəki riskləri gözə alaraq, xüsusilə sənədləşmə işlərinə məsuliyyətli yanaşmalıdırlar.

O, əlavə edib ki, havaların isinməsi yanğın hadisələrinin artmasına səbəb ola bilər. Buna görə də, sahibkarlar təhlükəsizliklə bağlı tədbirləri gücləndirməlidirlər.

Ətraflı süjetdə:

2.1695890426636