İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah Kəşfiyyat İdarəsinin (AMAN) komandiri, general-mayor Aaron Xaliva istefa verib.
O, istefa ərizəsini Baş Qərargah rəisi Qersi a-Leviyə təqdim edib.
Xaliva hələ 2023-cü ilin oktyabrında istefa vermək niyyətini açıqlamışdı və oktyabrın 7-də hərbi kəşfiyyatın uğursuzluğuna görə məsuliyyət daşıdığını bildirmişdi.
Xatırladaq ki, aprelin əvvəlində İDF Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin analitik şöbəsinin komandiri, briqada generalı Amit Saar da istefa verdiyini açıqlayıb.
Saar 2020-ci ildən AMAN-ın əsas bölməsinə rəhbərlik edib və Qəzza zolağı üzrə ekspert hesab olunub. O da oktyabrın 7-dəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb. Lakin istefa səbəbi sağlamlıqla bağlı olub, Saara xərçəng diaqnozu qoyulub.
Mənbə: Newsru.co.il