Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə hakimiyyet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17 mm, İsmayıllı rayonuna 5 mm, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 mm olan dolu düşüb.
15:19
Aprelin 22-si saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.
Bu barədə hakimiyyet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır. Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.
Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.
09:10
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 22-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 20 m/s, Tərtərdə 18 m/s, Gəncədə 16 m/s-yə çatır.