Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM - YENİLƏNİB + FOTO/VİDEO

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb.

Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub.

Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasını əks etdirən görüntülər də ortaya çıxıb. Ermənistanın bir sıra mətbuat orqanlarında “Azərbaycanın irəliləyişi adi gözlə görünəcək həddədir” kimi informasiyalara yer verilsə də, hələlik hər hansı bir ərazinin təhvil verilməsinə dair rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatına əsasən, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

11:18

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb.

Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. 

Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır. 

Mənbə: Pastinfo

0.089529991149902