Azərbaycan Mərkəzi Bankı aktivlərini 13 faiz artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793,463 milyon manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 12,7% çoxdur.

AMB-nin aktivlərinin 27 milyard 46,827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8% çox), 5 milyard 629,471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5% az), 1 milyard 208,132 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1% çox) təşkil edib.

0.10572385787964