Azərbaycanda dollara tələb azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.

Bu barədə AMB-dən məlumat yayıb.

Bildirilib ki, bu gün AMB-də növbəti valyuta hərracı keçirilib:

"Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub".

Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6% azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

0.046767950057983