Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat

Şimalı Koreya sonra 10-dan çox yaxınmənzilli ballistik raket buraxıb: Pxenyan qonşularını peyin və zibillə "bombardman" etdikdən sonra həqiqi atəşlər nümayiş etdirib.

Raketlər Yapon dənizinə düşməzdən əvvəl təxminən 350 km məsafə qət edib.

Qeyd edək ki, Pxenyandan 350 km məsafədə Seul kimi böyük şəhərlər və hərbi bazalar yerləşir.

Ekspertlər bildiriblər ki, Şimali Koreya raket buraxmalarını xarici dünyaya mesaj kimi istifadə etsə də, eyni vaxtda 10 raket buraxılmasını qeyri-adi hesab ediblər.

Cənubi Koreya hərbi qüvvələri raket hücumunu pisləyərək bunu Koreya yarımadasına təhdid olan təxribatçı hərəkətlər adlandırıb və Şimaldan gələn təxribatlara qəti cavab verəcəklərini vəd edib.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl 17 may tarixində buraxmışdı.

Xatırladaq ki, dünən Şimali Koreya sərhəddən Cənubi Koreyaya 150-dən çox hava şarı göndərib. Şarların içərisində müxtəlif tullantılar - plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub. Sərhədi keçdikdən sonra obyektlər qonşu ölkənin cənub-şərqindəki Cənubi Kyonsan əyalətinə düşüb.

Mənbə: Yonhap

0.092000961303711