ABŞ-də dəhşət: Polisin gözü qarşısında alliqator itkin düşən qadının meyitini yedi

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən qadının meyitini alliqatorun dişləri arasında tapıblar. Polisin açdığı atəş yırtıcının qanlı yeməyini yarımçıq qoyub.

Dəhşətli hadisə Texas ştatında baş verib. Hyuston hüquq-mühafizə orqanlarının əməkdaşları Klir-Leykdə itkin düşən qadını axtarmaq üçün yollanıblar. Axtarışlar onları Horspen körfəzinin sahillərinə aparıb, burada polislər yırtıcı heyvanın ağzında insan qalıqlarını aşkar ediblər. Alliqator itkin düşən qadının meyitini polisin gözü qarşısında yeyib. Heyvanın qadının bədəninə daha çox zərər verməməsi üçün yırtıcı yerindəcə güllələnib.

Heyvanın qadının ölümünə səbəb olub-olmaması hələlik məlum deyil. Bunu məhkəmə ekspertləri araşdıracaqlar. Meyit yarılmazdan əvvəl iş öldürmə hadisələrinin araşdırılması şöbəsinə təhvil verilib.

Qeyd olunub ki, Texasda alliqatorların ölümcül hücumları çox nadir hallarda baş verir. Burada sonuncu belə hal 2015-ci ildə qeydə alınıb - yaxınlıqda yırtıcı olarkən üzmək qərarına gələn 28 yaşlı kişiyə heyvan hücum edib.

ABŞ-də dəhşət: Polisin gözü qarşısında alliqator itkin düşən qadının meyitini yedi

ABŞ-də dəhşət: Polisin gözü qarşısında alliqator itkin düşən qadının meyitini yedi

Mənbə: ABC 13

0.079033851623535