ABŞ aviadaşıyıcısına Qırmızı dənizdə hücum: Husilər dəqiq zərbədən danışırlar

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə ABŞ-nin "USS Dwight D. Eisenhower" aviadaşıyıcısına qanadlı və ballistik raketlərdən zərbə endiriblər.

Bu barədə hərəkatın nümayəndəsi Yəhya Sarı məlumat verib.

Onun sözlərinə görə, ABŞ və Britaniyanın cavab olaraq Yəmən silahlı qüvvələrinin raket qüvvələri və dəniz qüvvələri təyyarədaşıyan gəmiyə qarşı birgə əməliyyat keçirib.

"Ənsar Allah"ın sözçüsü zərbələrin dəqiq olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin "USS Dwight D. Eisenhower"lə birlikdə zərbə qrupu Yaxın Şərqə ötən ilin noyabrında gəlib.

Mənbə: RT

0.13014698028564