“Patrul.az”-ın hər gün böyüyən kiçik komandası dözüm, qətiyyət və prinsipiallıq göstərdilər.

Hakimiyyet.az xəbər verir ki, “Patrul.az” 09.07.2021-ci ildə cəmiyyətdə yeni formatla özlərini təsdiq üçün yaratdıqları media orqanıdır. Ancaq illər keçdikcə biz özünütəsdiqi doğuran peşəkarlıq pilləsinə addımlarımıza şahidlik etdik. Bu proses heç də asan başa gəlmədi. “Patrul.az”-ın hər gün böyüyən kiçik komandası dözüm, qətiyyət və prinsipiallıq göstərdilər.

“Patrul.az”-ın uğurunu şərtləndirən amillər yetərincədir. Təbii ki, əsas amillərdən biri, dövlət və dövlətçiliyə xidmət etmək, qarşıda duran sadiqliyin bariz nümunəsidir.

“Patrul.az” xəbər portalı dövlət xəbərləri, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, sosial və mədəni həyatda olan yeniliklərlə bərabər,dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdırmaqla, statistik cəhətdən yüksək göstəricil auditoriyaya sahib oldu.

Komandamızın əsas məqsədi, fasiləsiz olaraq dəqiq və operativ informasiya çatdırmaq, informasiya portalı olaraq maraqlı müsahibələri, müəllif yazılarını, araşdırmaları sizlərə təqdim etməklə yanaşı, vətəndaş şikayətlərini dərc edib işıqlandırmaqdır. Siyasi və sosial qruplar arasında fərq qoymadan fəaliyyət göstərir, verilən açıqlamaları və mövqeləri hər hansı şərh vermədən cəmiyyətə çatdırır. Eyni zamanda xəbər portalı olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışır.

0.11037182807922