Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyev dəfn edilib

Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevlə Laçın şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un məlumatına görə, şəhidin nəşi Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

0.082453966140747