Gürcüstanın xarici səyahətçiləri Şuşaya gəlib

Gürcüstan səyahətçilərinin ikinci qrupu Şuşaya gəlib.

"Report"un məlumatına görə, nümayəndə heyətinin üzvləri Şuşanın görməli yerlərini ziyarət edəcək, şəhərdə aparılan bərpa və tikinti işləri ilə tanış olacaqlar.

Turistlər xüsusən Natəvan Sarayına, "Xan qızı" bulağına və Şahbulağa baş çəkəcək, həmçinin Molla Pənah Vaqifin məqbərəsini və Cıdır düzünü ziyarət edəcəklər.

Qeyd edək ki, Gürcüstandan üç qrup səyyah Qarabağa və Şərqi Zəngəzura gəlib. Səfərdə məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Daha çox foto burada: PhotoStock.az

3.2138450145721