"Taliban"ın XİN rəhbəri motosikletlə gecə gəzintisinə çıxıb

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hökumətinin xarici işlər naziri Əmir Xan Muttəkinin motosiklet gecə gəzintisinə çıxması Kabil sakinləri tərəfindən maraqla qarşılanıb.

hakimiyyet.az xəbər verir ki, XİN rəhbərinin videosu "Telegram" kanallarda yayılıb.

Bir çoxları Əmir Xan Muttəkinin cangüdənlərinin müşayiəti olmadan şəhərdə hərəkət etməsini ölkədə təhlükəsizliyin bərqərar olması kimi qiymətləndiriblər.

0.067436218261719