A Seriyası: "Roma"dan qələbə, "Latsio"dan darmadağın

İtaliya A Seriyasında 10-cu turun oyunları baş tutub.

hakimiyyet.az xəbər verir ki, "Roma" ölkə paytaxtında Turin təmsilçisi "Torino"nu qəbul edib.

"Canavarlar" matçın 20-də dəqiqəsində qol vurmaqla matçın taleyini həll ediblər. Dibala müdafiəçi və qapıçı arasındakı anlaşılmazlıqdan yararlanaraq topu qapıdan keçirib və komandasına üç xalı qazandırıb - 1:0.

Digər qarşılaşmada "Latsio" səfərdə "Komo" ilə üz-üzə gəlib. Qonaqlar meydan sahiblərini darmadağın ediblər. A Seriyasına yeni qatılan kollektiv qapısında 5 top görüb və bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb - 1:5. Maraqlıdır ki, hər iki komanda matçı 10 nəfərlə başa vurub. 62-ci dəqiqədə "Komo", 3 dəqiqə sonra isə "Latsio"nun futbolçusu meydandan kənarlaşdırılıb.

Bu nəticələrdən sonra "Latsio" 19 xalla 5-ci, 14 xalı olan "Torino" 9-cu, 13 xala malik "Roma" 10-cu pillədədir. "Komo" isə 9 xalla 15-cidir.

0.049145936965942